EN

Türkiyədə “Mossad”la əməkdaşlıq şübhəsi ilə 7 nəfər həbs olundu

Türkiyə polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinə məlumat satmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, saxlanılanlar arasında xəfiyyə də var. O, Türkiyədə Yaxın Şərq şirkətləri və şəxsləri haqqında məlumat toplamaqda, izləmə cihazları yerləşdirməkdə və müşahidə ilə məşğul olmaqda şübhəli bilinir. Həmin şəxs Belqradda “Mossad” tərəfindən təlim keçib və rəsmi qeydlərdə görünməyən ödənişləri kriptovalyuta ilə alıb.

Mənbələr həbslərin Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul terrorla mübarizə polisi tərəfindən həyata keçirilən əməliyyatın bir hissəsi olduğunu bildirib.
Chosen
205
2
bakupost.az

5Sources