Belçika polisi terrora hazırlaşan 4 nəfəri həbs edib.
İslamçı ekstremizmlə əlaqədə şübhəli bilinən “potensial zorakılıq edən şəxslərə” yönəlmiş istintaq çərçivəsində Brüssel, Ninov, Şarlerua və Lyejdə axtarış aparılıb.
Nəticədə 4 şübhəli saxlanılıb. Onlardan biri yetkin, üçü azyaşlıdır.
Şübhəlilərin hücum planları hazırladıqları bildirilir.
Qeyd olunur ki, axtarışlar zamanı müstəntiqlər hər hansı silah və ya partlayıcı tapmayıblar. ("Unikal.az")