EN

Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək? - Rəsmi AÇIQLAMA

Bakıda bu il də istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.Olaylar.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.O bildirib ki, istilik sisteminə sayğacın quraşdırılmasına gəlincə, bu yalnız qeyri əhali istehlakçıları üçün planlaşdırılır. Hazırda bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülür.Noyabrın 1-dən isə istilik mövsümü başlayacaq rayonların sayı 14-ə çatdırılacaq.Həmin rayonlar aşağıdakılardır:1.Daşkəsən2.Gədəbəy3.Xaçmaz4.Kəlbəcər5.Qəbələ6.Quba7.Qusar8.Laçın9.Lerik10.Şamaxı11.Siyəzən12.Şabran13.Şuşa14.YardımlıE. Basqallı qeyd edib ki, bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib.Qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib.Nazirlər Kabineti tərəfindən istilik enerjisindən istifadə qayadaları təsdiqlənib.

Chosen
284
26
olaylar.az

10Sources