EN

Ronaldunun qolu komandasına qələbə qazandırdı

Asiya Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyunu Səudiyyə Ərəbistanının "Əl-Feyha" və "Ən-Nəsr" komandaları arasında baş tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, matçda yeganə qolun müəllifi beş "Qızıl top"un sahibi Kriştianu Ronaldu olub. O, 81-ci dəqiqədə fərqlənərək "Ən-Nəsr"in qələbəsini təmin edib. Meydan sahibləri rəqibinə cavab verə bilməyiblər - 0:1.

Cütlük arasındakı cavab oyunu fevralın 21-də Ər-Riyadda keçiriləcək. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
170
1
milli.az

2Sources