EN

DİN-də əməliyyat müşavirəsi

Daxili İşlər Nazirliyində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında əhalinin təhlükəsizliyinin təminatına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib. 
Naziri general-polkovnik Vilayət Ey­vazov əməliyyat müşavirəsində asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliklə bağlı qarşıda duran vəzifələri və tapşırıqları diqqətə çatdırıb. 
Nazir bayram günlərində daxili işlər orqanlarının şəxsi heyətinin gücləndiril­miş rejimdə xidmət edəcəyini, əhalidən daxil olan bütün çağırışlara dərhal və çevik reaksiya verilməsinin, naryad qrup­larının fəaliyyətinin fasiləsizliyi, əhalinin narahatlığına səbəb ola biləcək halların aradan qaldırılmasının, hərəkətin inten­siv olacağı küçə və prospektlərdə, ma­gistral yollarda xidmətin nümunəvi təşkili­nin vacibliyini diqqətə çatdırıb. 
Əməliyyat müşavirəsində 2024-cü il fevralın 7-nə təyin olunan növbədənkə­nar prezident seçkiləri ilə bağlı vətəndaş­ların seçki hüququnun təmin olunması məsələləri də müzakirə edilib.
Nazir V.Eyvazov seçki gününədək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətən­daşların yeni sənədlərlə təmin olunması, eləcə də vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alın­maları ilə bağlı zəruri tədbirlərin görülmə­sinə dair göstərişlər verib.
Müşavirədə iştirak edən daxili işlər orqanlarının rəhbər heyətindən respub­likada asayişin, təhlükəsizliyin, qanun­çuluğun və hüquq qaydasının qorunması sahəsində fəaliyyət nəzarətdə saxlanıl­maqla, qabaqlayıcı tədbirlərin səmərəlili­yinin artırılması, vətəndaş məmnunluğu­nun təmin edilməsi tələb edilib.
XQ

Chosen
82
21
xalqqazeti.az

10Sources