Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo "Real"da sabiq komanda yoldaşı olan Marselonun oğluna Milad Hədiyyəsi göndərib.
QOL.az xəbər verir ki, 38 yaşlı forvard uşağa imzalı oyun formasını bağışlayıb.
Marselonun oğlu isə Ronaldonun jestinə belə cavab verib: “Çox sağ olun, Kriştiano Ronaldo! Mən səni sevirəm, sən mənim kumirimsən".
Qeyd edək ki, Ronaldo 5 dəfə "Qızıl top"u qazanıb.. O, həm də Çempionlar Liqası, Avropa çempionatının qalibi olub. 2022-ci ilin dekabrında portuqaliyalı Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. O, bu komandada 42 oyuna çıxıb və 35 qol vurub.