EN

AFFA Tonia Tisdelə də 4 oyunluq cəza kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

MOİK – “Zaqatala” oyununa təhlükəsizlik nümayəndəsi təyin edilmiş vaxtdan gec gəldiyinə görə MOİK klubu 100 manat cərimə edilib. “Zaqatala”nın qapıçısı Müşviq Nadirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 80 manat cərimə edilib.

“Difai Ağsu” – “Karvan” oyununda “Difai Ağsu”nun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai Ağsu” klubu 70 manat cərimə edilib. “Karvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Yevlax klubu 70 manat cərimə edilib.

“Mingəçevir” – “Araz Saatlı” oyununda “Mingəçevir”in futbolçusu Elsevər Bəkirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Mingəçevir” klubu buna görə 50 manat cərimə edilib. “Araz Saatlı”nın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Şamaxı” – “İmişli” oyununun 18-ci dəqiqəsində “İmişli”nin futbolçusu Tonia Tisdel təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “İmişli” klubu buna görə 300 manat cərimə ödəyəcək. “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığına görə klubu daha 70 manat cərimə ödəyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
475
4
arena.az

10Sources