EN

Ermənistan delimitasiya komissiyasının reqlamentini təsdiqlədi - Paşinyanın müavini

Ermənistan institusional olaraq onun iş prosesini təsvir edəcək delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu baş nazirin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.
Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyindən də danışıb. O, bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacağını qeyd edib.

Bizim.Media
 

Chosen
34
11
bizim.media

10Sources