EN

Rusiyadan "Google"a cərimə

Rusiya məhkəməsi "Google"u Rusiya media kanallarının məzmununu blokladığına görə şirkətə təxminən 20 decillyon dollar məbləğində astronomik cərimə ödəməyə məcbur edib. Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq eksperti İvan Morozov bildirib.Sözügedən cərimələrin 9 ay ərzində ödənilməməsi halında məbləğin hər gün ikiqat artdığına diqqət çəkən Morozov, "Məhkəmə bu cəriməni ləğv edə bilməz və "Google" qərarı tətbiq etmədiyi üçün cərimənin hər gün iki qatına çıxması lazımdır" deyib."Google" son illərdə Rus dövlət kanalları da daxil çox sayda rus qurumu ve şəxslərə aid kanalı "YouTube"dan silmişdi. Rusiyanın 2022-ci ildə Ukraynaya qeyri-qanuni müdaxiləsindən sonra daha çox rus kanalının fəaliyyəti qadağan olunduğu üçün, müdafiə nazirliyinə bağlı Zvezda da daxil olmaqla 17 media təşkilatı "Google"a qarşı iddia qaldırıb.

Zərintac Mayisqızı Missiya.Az

Chosen
11
missiya.az

1Sources