“Bu gün bir daha qardaşlığı gücləndirmək, Türkiyəni, xüsusilə terror bəlasını qardaşlıq oxunda böyütmək üçün unikal fürsətimiz var. Qrupum adından MHP sədri cənab Dövlət Baxçalıya bir daha minnətdarlığımı bildirirəm”. Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Böyük Millət Məclisinin Qrup Toplantısında çıxış edərkən deyib.O qeyd edib ki, cənab Dövlət Baxçalı hər zaman tarix yazan, istiqamət göstərən liderdir.“Bizim İraq və Suriyanın şimalındakı separatçı terror təşkilatına, Qəndildəki qanla qidalanan terror baronlarına müraciətimiz yoxdur və ola da bilməz”,-deyə Ərdoğan bildirib.Leyla SƏMƏNDƏRMissiya.Az