Aparıcı Aytəkin Mərdanova etdirdiyi estetik prosedurları açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, o, bu haqda aparıcısı olduğu "Qonaqcanlı" verilişində bəhs edib.
Aytəkin bildirib ki, üzünə bir çox estetik prosedurlar etdirib:
"Həkim-kosmetoloq Nigar Sultanovanın pasientiyəm. Etdirdiyim prosedurları da gizlətmirəm. Botoks, dodaq qolğusu, çənəmdə düzəlişlər etdirmişəm. Beş nöqtə prosedurunu ayda bir dəfə etdirirəm. Gicgah dolğusu da etdirmişəm. Bunları gizlətmirəm. Badamgöz də son günlər ən məşhur prosedurdur. Baxım bir başqadır. Biz efir adamları isə lap çox özümüzə baxmalıyıq".
Qeyd edək ki, Aytəkin bir müddət əvvəl plastik əməliyyat etdirdiyini də açıqlamışdı. Axşam.az