EN

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

KONKRET.az BELTA-ya istinadən xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

“Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, – o qeyd edib.

Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir.

O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.

Chosen
1
18
konkret.az

10Sources