EN

Bakı Hərrac Mərkəzi: "Alıcılar avtomobil hərraclarında onlayn iştirak edə biləcək"

Auksion platforması  məlumatların bir sayt üzərindən idarə edilməsi üçün yenilənmişdir.

FED.az xəbər verir ki, bunu hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatında Bakı hərrac mərkəzindən əməkdaş Azər Həsənzadə deyib.

O bildirib ki, yeniliyə əsasən şəxsi məlumatların qorunması ön plana alınıb. İstifadəçilər üçün əlavə inteqrasiya imkanları yaradılıb  İstifadəçilər ilk dəfə olaraq digital login ilə şəxsi hesablarına keçid edə bilərlər. Yeniliyə əsasən sifarişlər şəxsi kabinetlər vasitəsilə verilər bilər. Elektron hərrac sisteminin məqsədləri arasında əsas məqsəd hərracların elektron platformada həyata keçirilməsidir.

"Hərracda iştirak üçün ödənişlər sayt vasitəsilə edilə bilər. Onlayn müraciət və beh ödənişi onlayn şəkildə həyata keçirilir. Alıcılar yeni istifadəyə verilmiş saytda ilkin olaraq nəqliyyat vasitələrinin hərraclarında onlayn iştirak edə bilərlər. Lakin gələcəkdə növbəti hərraclarda da onlayn iştirak mümkün olacaq", - deyə Azər Həsənzadə vurğulayıb.

BakıBakı
Chosen
14
fed.az

1Sources