EN

Türkiyədə bələdiyyə sədri terror ittihamı ilə saxlanılıb

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə sədri Ahmet Özer terror istintaqı çərçivəsində saxlanılıb.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, onun evində və iş yerində axtarış aparılıb.

İstanbul Baş Prokurorluğundan verilən məlumata görə, A.Özer qırmızı bülletenlə axtarılan terrorçu ilə 14 dəfə danışıb. Onun terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Partiya rəsmiləri A.Özerin saxlanılmasını və ona qarşı ittihamları siyasiləşdirirlər.

Chosen
3
5
qaziler.az

7Sources