EN

Muxtar Babayev Kolumbiya XİN başçısı ilə biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edib

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“COP16 çərçivəsində Muxtar Babayev və Gilberto Murillo arasında baş tutan görüşdə iqlimə davamlılığın təmin edilməsi üçün qlobal tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Kolumbiya COP16-nın ev sahibi kimi ölkələri “təbiətlə sülh”ə nail olmaq və planetimizin gələcəyini qorumaq üçün biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı öz milli strategiyaları və fəaliyyət planları ətrafında birləşdirməkdə əsas rol oynayır”, – məlumatda bildirilib.

Chosen
9
8
veteninfo.az

9Sources