EN

"Brent" neftinin qiyməti artıb, təbii qazın qiyməti azalıb, rubl ucuzlaşıb,avro və qızıl bahalaşıb...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin yanvar müqaviləsinin dəyəri 0,58% artaraq 1 barelə görə 71,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,65% artaraq 1 barelə görə 67,65 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,97ABŞ dolları və ya 1,33% azalaraq 71.87 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,52% azalaraq 2,89 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il oktyabrın 30-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il oktyabrın 30-da Avro 1,8386 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il oktyabrın 30-da Türkiyə lirəsi 0,0496 manat təşkil edib.

RUBL

2024-cü il oktyabrın 30-da Rusiya rublu 0,0174 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% artaraq 2 791 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyasının qiyməti 0,31% azalaraq 34,34 ABŞ dollarına bərabər olub.

Chosen
2
16
fins.az

10Sources