EN

Kiyevdə Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib - FOTO

Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə oktyabrın 29-da Kiyevdə rəsmi qəbul təşkil edilib. SİA xəbər verir ki, tədbirdə əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Türkiyənin və Ukraynanın Dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına müraciəti oxunub.

Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgen çıxış edərək bildirib ki, qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat türk xalqının ən böyük istəyidir. Vurğulanıb ki, Türkiyə ilə Ukrayna arasında ticarətin həcmi 7,3 milyard dollar təşkil edib. Bu rəqəmin 10 milyarda çatdırılması nəzərdə tutulub.

Səfir, həmçinin, vurğulayıb ki, müharibə başlayan gündən Türkiyə Azərbaycana dəstəyini davam etdirib. Bu gün də Türkiyənin iş adamları Ukrayna iqtisadiyyatının inkişafına sərmayə qoymaqdadır.

Müharibə dönəmində göstərdiyi dəstəyə görə Türkiyə Hökumətinə təşəkkürünü bildirən Ukraynanın aqrar siyasət və ərzaq naziri Vitali Koval qeyd edib ki, Türkiyənin dəstəyi ilə Ukrayna dəniz dəhlizi vasitəsilə ərzaq məhsullarını dünya bazarına çıxara bilir. Qeyd olunub ki, bu gün də Türkiyə Ukraynaya dəstəyini əsirgəmir.

Chosen
61
sia.az

1Sources