EN

Ukraynanın dövlət borcu rekord həddə çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynanın dövlət borcu 155.56 milyard dollar olmaqla rekord həddə çatıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Dəqiqləşdirilir ki, dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0.56% artıb. Sentyabrın sonuna olan məlumata görə, borc 6 404 milyard qrivna (155.56 milyard dollar) təşkil edib.
Ukrayna hakimiyyəti vergilərin və aksizlərin artırılmasının qaçılmaz olduğunu və bu tədbirə alternativ olmadığını etiraf edib.
Chosen
20
1
oxu.az

2Sources