EN

Azərbaycanın üç yunan-Roma güləşçisindən dünya çempionatında qızıl medal - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az  xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı rəqibi İbrahim Qanemə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli və Nihat Məmmədli dünya çempionatında qızıl medala yiyələniblər.

***

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gələrək çempion olub.

Qeyd edək ki, bundan əvvəl Eldəniz Əzizli dünya çempionatında qızıl medala yiyələnib

***

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı həlledici mərhələdə İran təmsilçisi Poya Marz ilə qarşılaşıb. Rəqibinə xalların keyfiyyətinə görə qalib gələn E.Əzizli dördüncü dəfə dünya çempionu olub.

O, daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilən dünya çempionatlarında qızıl medal qazanıb.

Chosen
24
10
90deqiqe.az

10Sources