"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vadim Abdullayev cərrahiyyə əməliyyatı olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, menisk əməliyyatı keçirən futbolçu hazırda özünü yaxşı hiss edir.
Sabah xəstəxananı tərk edəcək kapitan müalicəsini evdə davam etdirəcək. Onun 15-18 gündən sonra məşqlərə başlayacağı gözlənilir.