EN

Bakıda Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Türkiyədə ölkənin ən böyük bayramı - CümhuriyyətGünü qeyd edilib.

Trend-in məlumatına görə,Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycanın dövlət vəhökumət nümayəndələri, Milli Məclisin sədri Sahibə Qafarova, millətvəkilləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri vədigər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnlərisəsləndirilib.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesajıiştrakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçımüstəqillik tarixi haqqında danışıb. Səfir Azərbaycanla Türkiyəarasında qardaşlıq münasibətlərinin inkişafından söz açıb.

O qeyd edib ki, iki ölkə arasında dünyada nümunəsi olmayanqardaşlıq əlaqələri mövcuddur. Səfir bildirib ki, TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdiyi kimi Türkiyə daimazərbaycanlı qardaşlarının yanlnda olacaq.

“Heç bur güc bizim bu qardaşlığımızı sarsıda bilməz. Tarixi ŞuşaBəyannaməsindən aldığımız ilhamla daim Azərbaycanı dəstəkləyəcək.Azərbaycanın COP 29-a uğurla ev sahibliyi edəcəyinə inanırıq. Butədbir Azərbaycanın nüfuzunu daha da gücləndirəcək. Türkiyə olaraqbu məsələdə də ən yüksək səviyyədə Türkiyə Azərbaycanınyanındadır”, - deyə səfir əlavə edib.

Daha sonra çıxış edən spiker Sahibə Qafarova AzərbaycanPrezidenti İlham Əliyevin təbriklərini çatdırıb.

S.Qafarova bildirib ki, Türkiyə inamla inkişaf edir, irəliaddımlayır.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Chosen
33
5
az.trend.az

6Sources