Aparıcı Mətanət Əliverdiyeva son zamanlar azyaşlı oğlanların qız kimi rəqs etməsini tənqid edib.
Aparıcı “Xəzər axşamı” verilişində məclislərin birində şahid olduğu hadisəni danışaraq valideynlərə səslənib:
“Buradan valideynlərə səslənirəm. Bir tədbirdə idim, orada bir xanım mahnı oxuyur, azyaşlı uşaqlar isə rəqs etmək istəyirdi. Şoka düşdüm, 8-11 yaş aralığında oğlan uşaqları idi. Qız oxuyur, oğlanlar qız kimi rəqs edirlər. Dedim ki, dayan, kişi kimi rəqs et. Sual verir ki, o necə olur? Necə rəqs edirlər göstərdim. Elə oynamağa başladılar. Ana isə onun əvvəlki rəqsini telefonla çəkib, qürurlanırdı. Dedim, qürurlanma, kişi kimi rəqs etməyi öyrət”.
(Axşam.az)