EN

Portuqaliya millisinin üzvü "Mançester Yunayted"ə keçə bilər

"Sportinq"in baş məşqçisi Ruben Amorimlə razılıq əldə edən "Mançester Yunayted" Portuqaliya klubundan futbolçu da transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Jeovani Kenda ilə yaxından maraqlanır. Bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 17 yaşlı vinger üçün Lissabon təmsilçisinə qışda rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, Jeovani Kenda "Sportinq"in yetirməsidir. Portuqailiya U-21 millisinin üzvü bu mövsüm "ağ-yaşıllar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Gənc oyunçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi

Chosen
21
sportal.az

1Sources