EN

Azərbaycan çempionatının zərbələri və qolları - STATİSTİKA

Bakı. Trend:

Misli Premyer Liqasında ötən 11 turda ən çox qol vuran “Sabah”ınbombardiri Cessi Sekidika (6 qol) olsa da, çempionatda 5 futbolçuzərbələrinin 100 faizini qola çevirib.

Trend xəbərverir ki, İdman.biz Azərbaycan çempionatında vurulan zərbə vəqolların statistikasını nəzərdən keçirib.

Maksimal faizli göstərilən futbolçular qapıya cəmi bir zərbəendiriblər ki, o da qol olub. Bunlar İssa Cibrila (“Zirə”), KevinMedina (“Qarabağ”), Arsen Ağcabəyov (“Şamaxı”), Sadiq Şəfiyev(“Turan Tovuz”) və Ağadadaş Salyanskidir (“Neftçi”).

3 və daha artıq qol vuran futbolçular arasında ən yüksək faizdərəcəsi Rafael Utziq (“Zirə” – 10 zərbə; 4 qol; 40%), FelipeSantos (“Araz-Naxçıvan” – 14; 5; 35,71) və Qorka Laruççadadır(“Səbail” – 9; 3; 33,3).

23 zərbəsindən cəmi 1-i qol olan Leroy Mikels (“Şamaxı”) ənaşağı faiz göstəricisinə malikdir – 4,35. Rəhman Hacıyev (“Neftçi”)isə qol vurmayan futbolçular arasında qapıya ən çox zərbə (17)endirmiş futbolçudur.

Rəqib qapısına ən çox zərbə endirən (43), ən çox qapıçərçivəsinə topu göndərən (16) və zərbəsi hamıdan çox qapıdan yankeçən (27) Coy Lens Mikelsdir (“Sabah”). Ümumi zərbə sayında onunən yaxın izləyiciləri Cessi Sekidika (“Sabah”), Ramon(“Araz-Naxçıvan”) və Ramil Şeydayevdir (“Neftçi”). Onların hər birirəqib qapısına 24 zərbə endirib. Qapı çərçivəsinə gedən zərbələrdə2-4-cü yerləri Cessi Sekidika (“Sabah”), Davit Volkov (“Zirə”) vəPavel Şafranko (“Sabah”) bölüşürlər. Qapıdan yan gedən zərbələrinçoxluğuna görə isə Coy Lensdən sonra gələn Leroy Mikelsdir(“Şamaxı”) – 17.

Chosen
7
2
az.trend.az

3Sources