EN

"Fasiləsiz işləyirik, "sağ ol" demək əvəzinə əmək haqqlarımızı da azaldırlar" - "Kontakt Home" mağazalar şəbəkəsindən şikayət

Zaman-zaman "Kontakt Home" mağazalar şəbəkəsi ilə bağlı şikayətlər eşidirdik. Narazılıqlar da əsasən müştərilər tərəfindən olurdu. Amma bu dəfə sözügedən qurumun əməkdaşları da problemlərlə üzləşdiklərini iddia edirlər.Adının açıqlanmasını istəməyən şəxs Missiya.Az-a müraciətində deyib ki, "Kontakt Home" mağazalar şəbəkəsində kredit mütəxəssisləri günlük 11-12 saat işlədilir:"Hər gün normal iş saatımızdan 2-3 saat sonra işdən çıxırıq. Ay ərzində dəfələrlə istirahət hüququmuz əlimizdən alınır. Oktyabr ayının ilk 2 həftəsini istirahətsiz, günlük 12-13 saat çalışdıq. Noyabrda da vəziyyətin belə olması istisna deyil. Son 3 ayda 30-dan çox əməkdaş bu vəziyyətə görə işdən çıxdı. Əvəzinə isə 4-5 nəfər işçi götürdülər. Bölgələrdə olan kredit mütəxəssislərini də onlayn sistemə keçirik bəhanəsilə Bakıya gəlməyə məcbur etdilər. Bölgədə yaşayan əməkdaşların da böyük əksəriyyəti işdən çıxdı, onlayn sistemə keçəndə müştərilər gözləməyəcək deyirdilər. Əslində isə müştərilər saatlarla gözləməyə məcbur qalırlar. Fasiləsiz işləyirik, "sağ ol" demək əvəzinə əmək haqqlarımızı da azaldırlar. Adi bir səhvə görə 50 azn-dən başlayan cərimələr yazılır. Hər şey kredit şöbəsinə yeni gələn rəhbərdən sonra başladı. Öncə bölgədəki kreditorları Bakıya məcburi gətizdirdilər, daha sonra əmək haqqını azaltdılar, istirahət günlərini azaldıb, iş saatlarını artırdılar, indi də ümumiyyətlə demək olar ki, hər gün 12-13 saat və istirahətsiz çalışırıq".

Zərintac MayisqızıMissiya.Az

Chosen
14
missiya.az

1Sources