EN

Həkimlərin maaşı ARTACAQ? - Nazir müavinindən ŞAD XƏBƏR

"Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var".

 

Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

 

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

 

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük".

 

O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:

 

"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

Tarix: 29 Oktyabr 2024, 16:33   
Chosen
9
27
pravda.az

10Sources