Alman avtomobil istehsalçısı “Volkswagen”in Almaniyada ən azı üç fabrikini bağlamağı və geniş miqyaslı ixtisarlar etməyi planlaşdırdığı bildirilir.

İndex.az xəbər verir ki, “Volkswagen”in yaydığı məlumata görə, şirkət ölkədəki digər obyektləri də kiçiləcəyinə işarə edib.

Bildirilib ki, Direktorlar şurası Almaniyada qalan digər fabrikləri də ixtisar etməyi planlaşdırır.

Konkret olaraq bu, məhsulların miqdarının, növbələrinin və bütün montaj xəttinin azaldılması deməkdir.