EN

Həkimlərin maaşı artacaq? - Nazir müavinindən şad xəbər

Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var.

Aktual.az xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük".

O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:

"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

Chosen
10
27
ulusum.az

10Sources