Çay səhər yeməyi süfrələrindən axşam yeməklərinə qədər, günün hər anında ləzzətlə içilən içki növüdür. Azərbaycanda da çay çox istehlak olunur, olduqca məşhurdur. Hər fəsildə, hər saatda...
Lakin mütəxəssislər çay içərkən diqqət etməli olduğumuz bəzi məqamları açıqlayıb. Ac qarına sözügedən içkini istehlak etmək ciddi sağlamlıq problemləri ortaya çıxarır. Həmin fəsadlardan biri də mədədə baş verir. Belə ki, mədə bulantısı, ağrısı və yanması əmələ gəlir. Xüsusilə mədəsi həssas olanlarda mənfi təsirlər daha tez özünü büruzə verir. Bu hal çayda yüksək miqdarda turşu və kofein olması ilə bağlıdır.
Adı çəkilən içki uzun müddət və tünd dəmlənəndə insan orqanizminə zərərlər verə bilir. Lakin onu açıq və az dəmləyəndə ziyanlı təsriləri azalır.
Amma çay istehlakına vücudunuz həddindən artıq reaksiya verirsə və həmin reaksiya qısa zamanda düzəlmirsə, o zaman tibbi müayinədən keçməlisiniz.
Zərintac MayisqızıMissiya.Az