EN

XXI əsrin tək qalib ordusu!

Xəbər verdiyimiz kimi, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb.

ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlara əsasən, Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Eyni zamanda, siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb. “U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib. 

Bəs necə oldu ki, Azərbaycan reytinq siyashısında 29-cu yerə qədər yüksəlib?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan ordusunun döyüş potensiyalına görə reytinqi ildən ilə artmaqdadır.

"Bu, ilk növbədə Azərbaycanın Vətən Müharibəsində və ondan sonrakı əməliyyatlarda əldə etdiyi qələbələr ilə birbaşa əlaqəlidir. Digər tərəfədən isə Prezident İlham Əliyev ordu ilə bağlı məsələləri daim prioritet olaraq diqqət mərkəzində saxlayır. Eyni zamanda, orduya ayrılan büdcə və xərclər hər il daha da artır. Azərbaycan ordusunun maddi-texniki bazasını gücləndirmək üçün Azərbaycan kifayət qədər geniş imkanlara və siyasi iradəyə malikdir".

Ekspert deyir ki, daha əvvəl dərc olunan reytinqlərdə ilk 50 güclü ordu arasında yer alan Azərbaycanın hazırda 29-cu yerə qədər yüksəlməsi Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları ilə də əlaqədardır. Antiterror əməliyyatı unikal əməliyyat idi. Daha əvəllər bu sürətlə heç bir ərazi terrorçulardan təmizlənməmişdi. Bunu ilk dəfə Azərbaycan ordusu həyata keçirib. Beynəlxlaq təşkilatlar gec də olsa ordumuzun döyüş imkanlarını diqqətə almaq məcburiyyətində qalıblar.

"Azərbaycan Ordusu 21-ci əsrin tək qalib ordusudur. İlham Əliyevin ordumuza ayırdığı diqqət sayəsində Azərbaycan ordusu bundan sonra reytinq cədvəllərində mövqeyi daha üst səviyyələrdə yer alacaq".

Chosen
17
operativmm.az

1Sources