EN

ABŞ xəbərdarlıq etdi: Gürcüstan hökuməti fəaliyyətini dəyişdirməsə...

ABŞ istisna etmir ki, əgər Gürcüstan hökuməti fəaliyyətini dəyişdirməsə, ölkə "daha çox nəticələr"lə üzləşəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinq zamanı deyib

Millerin sözlərinə görə, ABŞ Gürcüstan hakimiyyətini "hansı münasibətləri Avroatlantik icma ilə istədiklərini düşünməyə" çağırıb və "avtoritarlar tərəfindən təriflənən siyasəti gücləndirməməyə" vurğu edib.

Dövlət Departamentinin nümayəndəsi, Gürcüstan xalqının 80%-dən çoxunun ölkəni Avropa İttifaqı və NATO ilə inteqrasiya olunmuş görmək istədiyini, bu məqsədin ölkənin konstitusiyasında təsdiqləndiyini və seçki kampaniyası zamanı bütün partiyaların bu istəkləri dəstəklədiyini qeyd edib.

"Amma hakim partiya bu kursa uyğun olmayan tədbirlər görüb", – deyə o əlavə edib.

Miller Gürcüstan hökumətinin qanunun aliliyini qoruyaraq, seçki prosesindəki çatışmazlıqları aradan qaldıraraq, anti-demokratik qanunları ləğv edərək və Aİ-yə üzvlük üçün lazım olan islahatlar üzrə tövsiyələri yerinə yetirmək üçün səylərini artıraraq, demokratik avroatlantik istiqamətə qayıda biləcəyini bildirib.

"Bu il biz davamlı olaraq Gürcüstan hökumətini anti-demokratik fəaliyyətlərdən imtinaya və avroatlantik yoluna geri dönməyə çağırdıq. Əgər Gürcüstan hökumətinin fəaliyyəti dəyişməzsə, daha çox nəticələri istisna etmirik", – deyə Miller vurğulayıb.

Qeyd edək ki, müxalifət partiyaları parlament seçkilərinin nəticələrini tanımır və "Gürcü arzusu" partiyasının onların nəticələrini "oğurladığını" bildirirlər. Müxalifət nümayəndələri etirazlara çağırış ediblər.

Ötən gün Tbilisidə böyük bir etiraz zamanı Gürcüstan müxalifəti tələblərini, o cümlədən yenidən seçkilərin keçirilməsi məsələsini dilə gətirib.

Alpər
Chosen
11
10
qaynarinfo.az

10Sources