EN

ABŞ Gürcüstanı hədələdi: Kursu dəyişməsəniz...

Birləşmiş Ştatlar Gürcüstan hökumətinin fəaliyyətinin gedişatını dəyişməyəcəyi təqdirdə, “sonrakı nəticələri” istisna etməyib.

Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Millerin sözlərinə görə, ABŞ Gürcüstan hakimiyyətini “avtoritarların təriflədiyi siyasətləri gücləndirməkdənsə, Avro-Atlantik ictimaiyyətlə hansı münasibət qurmaq istədikləri barədə düşünməyə” çağırır.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, gürcü xalqının 80%-dən çoxu ölkənin Aİ və NATO-ya inteqrasiyasını görmək istəyir, bu məqsəd ölkə konstitusiyasında öz əksini tapıb və seçki kampaniyası zamanı bütün partiyalar bu istəkləri dəstəkləyiblər.

“Lakin iqtidarda olan partiya bu kursa uyğun gəlməyən addımlar atdı, - o deyib.

Chosen
12
publika.az

1Sources