Bakı. Trend:
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçquntəhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilətanış olub.
Trend xəbər verir ki, bubarədə nazirlik məlumat yayıb.
Bildirilib ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsiərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçquntəhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar NazirliyiXüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından MühafizəXidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətəgötürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizliktədbirlərinin görülməsi təmin edilib.
Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçquntəhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədargörülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiqtapşırıqlar verib.
Qeyd edək ki, hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyətiqurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qayaparçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlərgörür.