EN

XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq

Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 29 oktyabr- Türkiyənin Cümhuriyyət Günü ilə bağlı "X" hesabındakı paylaşımında yazılıb.

"29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik. Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik",- paylaşımda bildirilib.

Həmçinin, xarici işlər naziri Ceyhun Bayramov da Türkiyəni təbrik edib: "Bu əziz gündə, qardaş ölkəmizin qurucularının, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Türkiyə Respublikasının daha da güclənməsini və inkişaf etməsini arzulayırıq".

Chosen
55
azerforum.com

1Sources