Türkiyənin ATV telekanalında yayımlanan “Karadut” serialının aktrisası İrem Helvacıoğlunun toyudur.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Sabah” nəşri məlumat paylaşıb.
Aktrisa yerli biznesmen Ural Kasparla ailə həyatı qurur.
Onların bəy-gəlin tərzi sosial medianın Türkiyə seqmentində maraqla qarşılanıb.
Qeyd edək ki, bir müddət əvvəl ayrılan cütlük bu yaxınlarda barışmaq qərarı almışdı.