EN

“Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” təlim keçirilib

(®) 24-25 oktyabr 2024-cü il tarixlərində “Yapı Kredi Bank Azərbaycan” QSC və “Yapı ve Kredi Bankası” A.Ş.-nin Bankçılıq Akademiyaları arasında əməkdaşlıq çərçivəsində “Xarici Ticarət Məhsulları və onlara dair əməliyyatlar” mövzusunda təlim keçirilmişdir.

Təlim, “Yapı ve Kredi Bankası” A.Ş.-nin Xarici Ticarət Maliyyələşməsi üzrə direktoru Mustafa Değirmenci (İCA, CSDG sertifikatları), Xarici Ticarət Məhsullarının İnkişafı üzrə müdiri Çağrı Cengiz (CSDG, CDCS, CITF sertifikatları) və “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Kredit/Xarici Ticarət Əməliyyatları Departamentinin müdir müavini Qəhrəman Qəhrəmanov (CDCS sertifikatı) tərəfindən həyata keçirilib. Təlim çərçivəsində iştirakçılara “Xarici Ticarət Məhsulları” və onların tətbiqi qaydaları, eləcə də bu məhsulların yaratdığı fürsətlərdən yararlanma metodologiyasının müxtəlif məqamları izah edilib. Eyni zamanda, mövcud ticarət əlaqələri, əlaqələrdən effektiv istifadə imkanları nəzərdən keçirilib, Azərbaycan və Türkiyə bankları tərəfindən bu sahədə görülən işlər və qazanılmış təcrübə müzakirə edilib. Bu təlim, xarici ticarət sahəsində əməkdaşlığı genişləndirmək və hər iki ölkənin maliyyə institutları arasında bilik mübadiləsini gücləndirmək məqsədini daşıyır.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Chosen
1
2
marja.az

3Sources