İsrail ordusunun hücum edərək girov saxladığı Qəzzadakı Kemal Advan xəstəxanasında yalnız bir uşaq həkimi qalıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Açıqlamada İsrailin Qəzza zolağının şimalında yerləşən Kemal Advan Xəstəxanasında bütün tibb işçilərini işğal etməsindən sonra saxlayıb yerlərindən didərgin saldıqdan sonra xəstəxanada yalnız bir uşaq həkimi qaldığı bildirilib.
Beynəlxalq qurumlara təcili olaraq həkimləri və tibb işçilərini Kemal Advan xəstəxanasına göndərməyə çağırıblar.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 42 min 924 fələstinli həyatını itirib, 100 min 833 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.