EN

Məktəblərdə noyabr tətili bu tarixdən başlayır - RƏSMİ

Noyarbın 12-dən 25-ə qədər məktəblərdə tətil olacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib. Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq.

Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq, payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək. COP-29 dövründə bağçalar isə fəaliyyətini davam etdirəcək.

Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər.

Chosen
10
27
azia.az

10Sources