EN

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Tədbirdə rektor Elçin Babayev, millət vəkilləri Səbinə Xasayeva, Naqif Həziyev iştirak edib.

TƏHSİL.BİZ xəbər verir ki, universitetin rektoru Elçin Babayev çıxışında bildirib ki, Azərbaycanın müasir gəncliyi ölkəmizin inkişafı, tərəqqisi naminə hər cür fədakarlıqlar göstərib. Xüsusən, 44 günlük Vərtən müharibəsində gənclər tərəddüd etmədən canından keciblər. BDU-da davamlı olaraq struktur və kadr islahatları aparıldığını deyən rektor BDU-da tələbə gənclərin hərtərəfli inkişafı, müasir tələblərə uyğun ali təhsil almaları, əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı kadr kimi yetişmələri, onların ictimai təşəbbüslərinin dəstəklənməsi, idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi, fəal vətəndaş mövqeyinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai həyatda təşəbbüskarlıqlarının stimullaşdırılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Rektor məlumat verib ki, 1974-cü ildən fəaliyyət göstərən Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Komitə tələbə gənclərin potensialının üzə çıxarılması, tələbələrin təhsilalma şəraitlərinin yaxşılaşdırılması, sosial cəhətdən həssas qrupa daxil olan tələbələrə maddi dəstək verilməsi, onların sosial problemlərinin həll olunmasına yardım göstərən tələbə təşkilatıdır. Öz sıralarında BDU-nun tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparır: “Bu il 105 il yubileyini qeyd etdiyimiz böyük tarixə və zəngin ənənələrə malik Bakı Dövlət Universiteti öz tələbələri və məzunları ilə fəxr edir. Tələbə-gənclərimiz ölkədaxili və beynəlxalq layihələrdə, olimpiadalarda fəal iştirak edir, müsabiqələrdə qalib olur, universitetimizə, ölkəmizə şöhrət qazandırırlar”.

Tədbirdə Milli Məclisin üzvləri Göydəniz Qəhrəmanova, Səbinə Xasayeva və Naqif Həmzəyev Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsnin sədri Zöhrab Cavadzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, BDU Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, BDU-da kafedra müdiri, professor Alış Qasımov, Azərbacan Texniki Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Mirməhəmməd Ələkbərli çıxış edib. 

Konfransda  vurğulanıb ki, Azərbaycan ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatı olan Bakı Dövlət UniversitetininTələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin sosial-ictimai həyatının təşkilində, təhsilalanların sosial problemlərinin həllində mühüm rol oynayır. Həm elmi-praktiki, həm də sosial-ictimai layihələrin təşkilində və həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirən komitə tələbələrin karyera imkanlarının genişlənməsi, asudə vaxtlarının səmərəli keçirilməsi, idmanın təşviqi, onların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər, layihə, müsabiqə və sərgilər təşkil etməklə ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə öz layiqli töhfəsini verir.10 nəfər əal THİK üzvünü Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi təltif edib.Tədbir bədii hissə ilə başa çatıb.

Chosen
22
tehsil.biz

1Sources