EN

Kerem Aktürkoğlu "Benfika"da ilkə imza atdı

Portuqaliya Liqasının 9-cu tur matçında "Benfika" forması ilə meydana çıxan Kerem Aktürkoğlu klub tarixində ilkə imza atıb.

 

Sfera.az xəbər verir ki, "Benfika" klubu "Rio Ave"ni qəbul edib.

 

Görüş meydan sahiblərinin tam üstünlüyü ilə keçib. Komanda 5:0 hesablı qələbəyə sevinib.

 

Lissabonluların qollarından üçünə Kerem Aktürkoğlu imza atıb. Türkiyəli futbolçu hər üç topu ilk hissədə vurub.

 

O bununla da Darvin Nunyesdən sonra Portuqaliya çempionatının ilk hissəsində het-trik edən ilk "Benfika"lı olub.

Chosen
13
sfera.az

1Sources