EN

Məşhur aktrisanın sosial şəbəkədə reklam üçün aldığı qonarar eşidənləri şoka saldı

Məşhur aktrisanın sosial şəbəkədə reklam üçün aldığı qonarar eşidənləri şoka saldıÇoxlu izləyicisi olan məşhurlar İnstaqram paylaşımlarından, həmçinin serial və filmlərdən böyük pullar qazanırlar.

İnstaqramda 31 milyon izləyicisi olan məşhur türk aktrisası Hande Erçel də sosial mediadan ən çox qazananlardan biridir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Erçel platformada 15 saniyəlik reklam paylaşımı üçün 3 milyon lirə qonorar alır.

Aktrisanın reklam məbləği sosial mediada geniş müzakirələrə səbəb olub.

Chosen
8
sonxeber.az

1Sources