EN

"Moskva Gürcüstanın daxili işlərinə qarışmır" - Peskov

"Moskva Gürcüstanın daxili işlərinə qarışmır".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə Gürcüstanda keçirilən parlament seçkiləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın daxili işlərinə qarışmır və qarışmaq niyyətində də deyil:

"Üçüncü ölkələrin seçkilərin nəticələrinə müdaxilə etməməsi vacibdir. Bu, gürcü xalqının seçimidir".

"Bilirsiz, bu cür ittihamlar artıq bir çox ölkələr üçün standart xarakter daşıyır. Nəsə olan kimi, dərhal Rusiyanı müdaxilə etməkdə ittiham edirlər. Xeyr, bu doğru deyil. Heç bir müdaxilə olmayıb. İttihamlar tamamilə əsassızdır. Biz bu ittihamları qətiyyətlə rədd edirik", - deyə Peskov bildirib.

Chosen
2
7
azpolitika.info

10Sources