EN

150-ci böyükhesablı

“Qarabağ” Azərbaycan çempionatlarında 150-ci böyükhesablı qələbəsini qazanıb.

90deqiqe.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının XI turuna təsadüf edib. Ağdam klubu öz meydanında “Şamaxı”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” ən çox böyükhesablı qələbə qazanan komandadır.

Qeyd edək ki, ağdamlıların ilk belə qalibiyyəti 1992-ci il mövsümünə təsadüf edib. “Qarabağ” mayın 6-da evdə Kürdəmir “Şirvan”ına 6:0 hesabı ilə qalib gəlib.

Chosen
7
18
90deqiqe.az

10Sources