EN

Adel: "Qulağımı kəsmək istədim"

Britaniyalı müğənni Adel kariyerasına fasilə verəcəyini açıqlayaraq pərəstişkarlarını təəccübləndirib.

Kulis.az xəbər verir ki, Las-Veqasda "Weekends With Adele" şousuna davam edən 36 yaşlı müğənni nadir xəstəliyə yoluxduqdan sonra vəziyyətinin pisləşdiyini deyib:

"Qulaq infeksiyası var və olduqca qorxulu vəziyyətdəyəm. Daha əvvəl belə bir şey yaşamamışam. Bu mənim başıma gələn ən ağrılı şeydir. Doğuşdan da betər idi. Nadir bir su bakteriyasıdır. Müalicəsi çox çətindir. Bir neçə dəfə qulağımı kəsmək istədim".

Adel

Qeyd edək ki, "Qremmi" mükafatlımüğənninin gizli planı var. 220 milyon dollar sərvəti olan Adelin aktyorluğa addım atdığı iddia edilir. Adelin Hollivudun məşhur aktyor məşqçiləri ilə işlədiyi və bir ildən artıqdır ki, aktyorluq təhsili aldığı bildirilir.

Chosen
12
kulis.az

1Sources