EN

“Könül Kərimova parodiyaya görə bizə irad bildirib”

“Bu şəhərdə” yumoristik estrada teatrının üzvləri, Əməkdar artist Rafael İsgəndərov və Coşqun Rəhimov “İzzət şou”da qonaq olublar.

OLAY yazır ki, proqramın aparıcısı İzzət Bağırov “Hansı məşhur onu parodiya etdiyinizə görə sizdən küsüb?” aktyorlara sual ünvanlayıb.

C.Rəhimovun cavabı belə olub:

“Parodiya özü böyük sənətdir. Bir dəfə Əməkdar artist Könül Kərimovanı parodiya etmişdim. O məndən inciməmişdi amma iradını bildirmişdi. Ondan sonra onu bir daha parodiya etmədim”.

Onun bu sözlərini verilişdə qonaq olan müğənni Xatun Əliyeva da təsdiq edərək “Könül xanımın xoşuna gəlmir onu parodiya edəndə. O, inciyir” sözlərini dilə gətirib.

Chosen
28
1
olay.az

3Sources