EN

8 Noyabr prospektində işlər nə zaman yekunlaşacaq? - VİDEO

Əsaslı şəkildə yenidən qurulan 8 Noyabr prospektində işlər artıq yekunlaşmaq üzrədir.

Bizim.Media xəbər verir ki, Ağ şəhərdən başlayaraq Zığ dairəsinə qədər olan hissədə asfaltlanma işləri tam şəkildə bitmiş hesab edilir. Hazırda prospekt və ətrafında abadlıq-quruculuq işləri aparılır.
 

Bütövlükdə sözügedən yolda avtomobillərin maneəsiz və sürətli hərəkəti üçün infrastruktur qurulur. Həmçinin burada velozolaq, avtobuslar üçün zolaq da nəzərdə tutulub. Piyada təhlükəsizliyinə də xüsusi diqqət yetirilir. Yaxın vaxtlarda prospekt tam fərqli bir görünüşlə həm piyadaların, həm də sürücülərin ixtiyarına veriləcək.


Xatırladaq ki, 8 Noyabr prospekti 8 zolaqlı hərəkət hissəsinə malikdir. Burada son tamamlanma işləri yaxın günlərdə tam yekunlaşacaq.

Daha ətraflı süjetdə:


Bizim.Media

Chosen
7
4
bizim.media

10Sources