EN

Əməliyyat olunan Okan Buruk evə buraxıldı

Xəstəxanaya düşən ''Qalatasaray''ın baş məşqçisi Okan Burukdan xəbər var.

Xatırladaq ki, 51 yaşlı mütəxəssis çərşənbə axşamı oğlunu məktəbə apararkən vəziyyəti qəfil pisləşmişdi. Buruk təcili xəstəxanaya yerləşdiriləcək appendisit əməliyyatı olmuşdu. Əməliyyatı uğurla keçən təcrübəli mütəxəssis dünən evə buraxılıb.

O, xəstəxananın çıxışında jurnalistlərə bunları deyib:

''Hər şey qaydasındadı. İşimin başındayam. Özümü çox yaxşı hiss edirəm''.


''Sarı-qırmızılar''ın çalışdırıcısı sabah ''Beşiktaş''a qarşı prinsipial derbidə komandasının başında olacaq. Bundan başqa Buruk bu gün oyunöncəsi son məşqdə də iştirak edəcək.

ƏLİ
Chosen
25
football-plus.az

1Sources