EN

Beynəlxalq səyahətçilər bu gün Kəlbəcər və Laçına səfər edib

Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Aznews.azxəbər verir ki, heyət Füzuli, Xocavənd, Şuşa, Ağdamdan sonra Kəlbəcər və Laçına səfər edib.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Chosen
7
32
aznews.az

10Sources