EN

Bakı-Xocalı-Xankəndi-Şuşa marşrutu üzrə yeni imkanlar yaradılıb

Qarabağa səyahət imkanları yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə səyahət edən vətəndaşlar üçün rahat və keyfiyyətli nəqliyyat xidmətləri təqdim olunur.

Marşrut: Bakı-Xocalı-Xankəndi-Şuşa.

"Xankəndidə təhsil alan tələbələr üçün bu marşrut əla imkandır.

Biletləri onlayn şəkildə əldə edərək bu fürsətdən yararlana bilərsiniz" , - məlumatda qeyd olunub.
Chosen
6
11
sherg.az

10Sources