EN

Hikmət Hacıyev Bərdə terroru ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdənin "Smerç” raketləri ilə bombalanmasından 4 il ötməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

 

Sfera.az xəbər verir ki, dövlət rəsmisinin "X” hesabında yazıb:

 

"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhəri və ətraf kəndlərinin kassetli sursatlarla dolu "Smerç” raketləri ilə bombalanmasından 4 il ötür. Nəticədə 30-a yaxın günahsız dinc sakin həlak olub, 100-ü daha ağır yaralanıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfi kimi Ermənistan Respublikası Azərbaycanda günahsız mülki əhaliyə qarşı bu və digər ağır cinayətləri törətmiş bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etmək öhdəliyi və hüquqi məsuliyyətinə malikdir”.

 

Chosen
17
16
sfera.az

10Sources